Yuxarı

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar

Tarif (qiymət) Şurasının 3 oktyabr 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Axar.az Tarif Şurasına istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qərar 7 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Tarix
2025.10.03 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Tokayev Azərbaycana gəlir

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq

Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Putin Trampa cavaba cəsarət etmədi, “NATO” dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla