Yuxarı

Beynəlxalq cinayətlər törədən şəxs ifşa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq cinayətlər törədən şəxs ifşa olundu

Dövlət Miqrasiya Xidmətinin nüfuzuna xələl gətirən qanunsuz əməllər ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqəli şəkildə ölkəmizin beynəlxalq nüfuzuna və milli maraqlarına xələl gətirən, bərqərar olmuş hüquq sisteminə və miqrasiya tənzimləmə münasibətlərinə zərbə vurmağa cəhd edən xarici ölkə vətəndaşı tərəfindən törədilmiş cinayət əməllərini ifşa edib.

Müəyyən edilmişdir ki, Çexiya Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşı aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və sosial şəbəkələrdə yayılmış foto şəkillərindən qanunsuz istifadə edərək saxta adla özünü Azərbaycan Respublikasının vətəndaşı kimi təqdim edib.

Həmin şəxs sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Almanya Federativ Respublikası vətəndaşını evlənmək adı ilə aldadaraq Dövlət Miqrasiya Xidməti rəisinin imzasını və digər rəsmi sənədləri saxtalaşdırmaqla, eyni zamanda Azərbaycan Respublikası ərazisindən çıxmaq və xarici ölkədə yaşamaq üçün Azərbaycan Respublikasındakı şəxsi bank hesabında 9 min 500 avro məbləğində pul vəsaitinin olması barədə mövcud olmayan qanunvericilik normalarına istinad edərək onun 4 min 140 аvro məbləğində pulunu Çexiya Respublikasında açdığı bank hesabına köçürtməklə ələ keçirib. Bundan başqa, həmin şəxs eyni məqsəd və üsulla Böyük Britaniya və Şimali İrlandiya Krallığı vətəndaşını da aldadaraq 12 min 500 funt sterlinq məbləğində pulunu ələ keçirməyə cəhd edib.

Beləliklə, aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi və həmin əməllərə cəhd edilməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2016.07.20 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla