Yuxarı

4 körpü bərpa edildi, 4-ü tikildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 körpü bərpa edildi, 4-ü tikildi - Foto

2016-cı ilin 6 ayı ərazində ümumi istifadədə olan avtomobil yollarında 4 ədəd yeni avtomobil körpüsü tikilib, 4 ədədi isə bərpa edilib.

Azəryol ASC-dən Axar.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində olan körpülərinin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində yerləşən körpüdə baraj divarının tikintisi işləri aparılaraq başa çatdırılıb.

Bundan başqa, Daşkəsən rayonu ərazisində yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu km-də yerləşən metal körpü və Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü km-də Toğana çayı üzərində yerləşən körpü bərpa olunub, Gəncə şəhəri Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması isə başa çatdırılıb.

Həmçinin Bərdə rayonu ərazisində, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq 2016-cı ilin mart ayının 15-də vətəndaşların istifadəsinə verilib.

Tarix
2016.07.20 / 17:22
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla