Yuxarı

Külli miqdarda narkotik ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda narkotik ələ keçdi

Dövlət Gömrük Xidmətinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıblar.

DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumat görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Tehran-Bakı-Tiflis aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tiflis-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən 2 nəfər İran İslam Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 ml qəhvəyi rəngli xüsusiyyətə malik süşə şəkilində maddə olan 2 ədəd plastik qab aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə 2 ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryəkiyli, qatılaşmış maye - tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161.6 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.07.21 / 12:05
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla