Yuxarı

Nazirlikdən vətəndaşlara - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən vətəndaşlara - Xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyi səyahətə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və buda vətəndaşlarda çaşqınlıq yaradır.

Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:

Turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;

Səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.

Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur.

Turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd.

Tarix
2016.07.21 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla