Yuxarı

İsgəndərov həyətini narkoplantasiyaya çevirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsgəndərov həyətini narkoplantasiyaya çevirdi

Şəmkir sakini həyətyanı sahəsini narkoplantasiyaya çevirib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə narkotik bitki əkib-becərməklə məşğul olan rayon sakini saxlanılıb. Polis onun yaşadığı evdən külli miqdarda çətənə kolları və qurudulmuş marixuana aşkar edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Polis bu dəfə həyatyanı sahəsindən cinayət əməli üçün istifadə edən şəxsin kimliyini müəyyənləşdirib. Təzəkənd sakini, 46 yaşlı Vasib İsgəndərovun evinə baxış keçirilib. Oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən çətənə kolları aşkarlanıb.

V.İsgəndərovun evindən istifadə üçün hazır olan qurudulmuş marixuana da tapılıb.

Baş müstəntiq Bəxtiyar Rəhimov V.İsgəndərovun evinin həyatyanı sahəsində 24 ədəd çətənə kolunu aqrotexniki qayadada qulluq göstərərək becərdiyini, bundan başqa, onun mənzilindən 122,18 qram qurudulmuş marixuna da aşkarlanaraq götürüldüyünü bildirib.

Saxlanılan V.İsgəndərov narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.

O, buna qədər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayıb.

V.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib. Açılan cinayət işi üzrə araşdırma aparılır.

Tarix
2016.07.21 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla