Yuxarı

Güloğlular kəndində əlamətdar gün - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güloğlular kəndində əlamətdar gün - Foto

Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi məqsədi ilə mövcud subartezian quyusu bərpa edilib.

Bərpa edilən subartezian quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq gün ərzində məhsuldarlığı 50 kub metr olan membran texnologiya əsaslı tərs-osmos tipli modul sutəmizləyici qurğular kompleksi quraşdırılıb. Modul tipli sutəmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1.5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub.

Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3178 nəfər içməli su ilə təmin olunub.

Tarix
2025.10.09 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin bu sözü Rusiyanı silkələdi: Nə baş verib axı?

Azərbaycanda 90 ildə ilk antirekord: Sonuncu oldu!

Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik – Avatkov

İsrailin saxladığı türk deputatlar Azərbaycana gəlir

Ankarada MN rəhbərlərinin üçtərəfli görüşü başladı

Azərbaycan Bosniya ilə memorandum imzaladı

Mir Şahin Cabir İmanovdan yazdı: Nankor sürüsü...

Əliyev Ərdoğanla Avrasiyanı şumladı: Baxın! - Markedonov

İlham Əliyev Düşənbədə səfərdədir - Video

Kreml mediası Qəbələ sammitinə qarşı nələr yazdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla