Yuxarı

Zakir Həsənov Ankarada Gülərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Ankarada Gülərlə görüşdü

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.

İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

Tarix
2025.10.09 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Putinin təkbətək görüşü oldu - Video

Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Zakir Həsənov Çikovani ilə görüşdü

Bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və... - Putin

Putindən Əliyevə: Sizin bu məsələyə diqqətiniz sayəsində...

AZAL təyyarəsi ilə bağlı bu vacibdir - Putin

Rusiya ilə aramızda bununla bağlı vəziyyət… - Əliyev

İlham Əliyev Putinə təşəkkür etdi

Putindən AZAL açıqlaması: Bütün cavabdeh şəxslər...

AZAL-la bağlı istintaq yekunlaşmaq üzrədir - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla