Yuxarı

“Azərikard”dan vacib açıqlama...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərikard”dan vacib açıqlama...

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası üzrə ödəniş xidmətini şirkətin öz müraciəti əsasında ləğv edib.

Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında “Azərikard”ın baş direktoru Fərid Quliyev bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın müvafiq lisenziyası əsasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası səlahiyyətlərinə malik olsa da, “Azərikard” faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərmirdi. Belə bir fəaliyyət növü şirkətin yaxın illər üzrə planlarına da daxil edilmədiyindən lisenziyadakı həmin xidmətin ləğvi üçün Mərkəzi Banka müraciət məqsədəuyğun sayılıb və bununla bağlı müsbət qərar qəbul olunub.

Fərid Quliyev vurğulayıb ki, “Azərikard” hazırda operator və ödəniş təşkilatı fəaliyyətini tam həcmdə yerinə yetirməkdədir.

“Şirkətimiz yeni strateji dövr üçün təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq əsas diqqətini B2B (korporativ) seqmentə yönəldib və bu sahədə tərəfdaşlığı genişləndirir” – baş direktor bildirib.

Tarix
2025.10.09 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Putin niyə daha öncə Əliyevin tələblərini qəbul etmirdi?

Düşənbədə XİN rəhbərlərinin iclası keçirildi

Sabah Nobelin qalibi elan olunacaq: Kim alacaq?

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

İsraildə həbs edilən azərbaycanlılarla bağlı - Rəsmi açıqlama

Zatulin Əliyev-Putin görüşü haqda bunları dedi...

Ankarada MN rəhbərlərinin üçtərəfli görüşü keçirildi

Əliyevlə Putinin təkbətək görüşü oldu - Video

Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Zakir Həsənov Çikovani ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla