
İmmuniteti gücləndirir: Qışda bu 5 çayı mütləq için!
02:10
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
2025.10.09 - 22:08
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin keçmiş baş müşaviri Cared Kuşner İsrail paytaxtı Təl-Əvivə səfər ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrael” məlumat yazıb.
Onlar İsrailə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak etdikləri Misirdən gediblər.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın sülh planının birinci mərhələsi ilə bağlı saziş imzaladığını açıqlayıb.
***
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Utkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşneri qəbul edib.
Görüşdə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəslə bağlı əldə olunan razılaşmalar müzakirə edilib.
Tarix
2025.10.10 / 01:20
|
Müəllif
Axar.az
|