
İmmuniteti gücləndirir: Qışda bu 5 çayı mütləq için!
02:10
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ hakimiyyəti İranın enerji resurslarının nəqli ilə məşğul olan 50-dən çox şirkət, gəmi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xarici Aktivlərə Nəzarət İdarəsi İranın neft və neft-kimya ixracına qarşı tədbirləri gücləndirir.
"Sanksiyaların hədəfində olan şəxslər və təşkilatlar İran neftinin və mayeləşdirilmiş qazının satışı və tədarükünü asanlaşdırıblar", - nazirlik bildirib.
Qeyd edək ki, məhdudiyyətlərə məruz qalanlara BƏƏ və Çin şirkətləri, həmçinin enerji resurslarının nəqlində istifadə olunan bir sıra gəmilər daxildir.
Tarix
2025.10.09 / 21:59
|
Müəllif
Aysel Baxşiyeva
|