Yuxarı

"Azerconnect Group" kibertəhlükəsizlik tədbirinə dəstək oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azerconnect Group" kibertəhlükəsizlik tədbirinə dəstək oldu

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbiri CIDC-2025-ə (Critical Infrastructure Defense Challenge 2025) dəstək olub. Tədbir çərçivəsində kibermühitdə süni intellekt, yeni texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri müzakirə olunub, müasir çağırışlara cavab verən kibermüdafiə həlləri nümayiş etdirilib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumları və özəl sektordan rəhbər şəxslər, kibertəhlükəsizlik sahəsində yerli və xarici ekspertlər qatılıblar.

Tədbirin açılış mərasimində çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə kritik infrastrukturun qorunmasının strateji əhəmiyyətini vurğulayıb: “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın ən böyük İKT şirkətlərindən biri olaraq “Azerconnect Group” kibertəhlükəsizlik sahəsində innovativ həllərlə rəqəmsal ekosisteminin dayanıqlılığının qorunmasına, Azərbaycanın rəqəmsal gələcəyinin güclənməsinə töhfə verir. Dünyanın aparıcı telekommunikasiya nəhəngi “Vodafone Group”la sıx şəkildə əməkdaşlıq edərək bu sahədə ən son beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri tətbiq edir”.

Baş direktor çıxışı zamanı, həmçinin kibertəhlükəsizlik sahəsində dövlət-özəl tərəfdaşlığının rolunu, gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsinin önəmini xüsusi vurğulayıb. Konfrans informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri ilə davam edib.

CIDC-2025-də həmçinin, “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı keçirilir. “Azerconnect Group” təmsil edən “CyberConnect” komandası yarışın seçim mərhələsini uğurla tamamlayaraq final mərhələsinə yüksəlib.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllərin tətbiqi, bu sahədə yerli mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group” dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir. Xatırladaq ki, “Azerconnect Group” daha əvvəl ölkəmizdə ilk dəfə keçirilən CIDC-2023 tədbirini dəstəkləyib.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2025.10.09 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə həbs edilən azərbaycanlılarla bağlı - Rəsmi açıqlama

Düşənbədə XİN rəhbərlərinin iclası başladı

Zatulin Əliyev-Putin görüşü haqda bunları dedi...

Ankarada MN rəhbərlərinin üçtərəfli görüşü keçirildi

Əliyevlə Putinin təkbətək görüşü oldu - Video

Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Zakir Həsənov Çikovani ilə görüşdü

Bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və... - Putin

Putindən Əliyevə: Sizin bu məsələyə diqqətiniz sayəsində...

AZAL təyyarəsi ilə bağlı bu vacibdir - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla