Yuxarı

Azərbaycanla oynamaq istəyirəm - Mbappe

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla oynamaq istəyirəm - Mbappe

Mən oynamaq istəyirəm.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

O, baş məşqçi Didye Deşamın oynamasının lehinə olduğunu bildirib:

"Məşqçi də bunu istəyir. Heç bir böyük problem olacağını düşünmürəm. Özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəm, bu, son sınaq olacaq. Xüsusi narahatlığım yoxdur".

O, yığmamızla qol vurmaq istəyindən və "xoruzlar"ın tarixinin bombardiri Olivye Jiruya çatma ehtimalından da danışıb:

"Mən hər bir komandaya qol vura bilərəm. Azərbaycan Ukrayna ilə heç-heçə etdi. Hər oyunun öz həqiqəti var. Bu matç İslandiya ilə görüşdən nə az, nə də çox dəyərlidir. Çətinlik dünya çempionatına vəsiqə qazanmaqdır. Riyazi olaraq bitənə qədər mübarizə aparmalıyıq. Hər matçın öz həqiqəti var və sabah biz qalib gəlməliyik.

Düşünürəm ki, Jirunu ötəcəm. Nə vaxt? Bilmirəm, bu haqda çox düşünmürəm. Bəlkə sabah, kim bilir? Ən əsası dünya çempionatına vəsiqə qazanmaqdır. Bu, öz-özünə olacaq, bu baş verəndə sevinəcəm və yoluma davam edəcəm".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da saat 23:00-da keçiriləcək

Tarix
2025.10.09 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla