Yuxarı

Astarada əməliyyat: saxlanılan var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada əməliyyat: saxlanılan var - Video

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb.

Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb.

Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Tarix
2025.10.09 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla