Yuxarı

Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı - Foto

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.10.10 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan çox böyük iş gördü – Putin

Bakıda Rus Evinin bərpası... – Rusiya ümidləndi

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Paşinyan Azərbaycanı təbrik etdi

Finlandiya XİN başçısı Azərbaycana gəlir

MDB DBŞ-nin geniş tərkibdə iclası keçirildi

Paşinyan: “Tramp yolu” Azərbaycan üçün belə işləyəcək

Prezident Düşənbədə mühüm iclasda çıxış etdi - Foto

Putin Əliyevin bu yanaşmasını qiymətləndirməyi bacardı

Putinin Əliyevə yanaşmasında mühüm detal - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla