Yuxarı

Hərbçilərimizə aid kütləvi məzarlıqdan görüntülər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərimizə aid kütləvi məzarlıqdan görüntülər - Foto

Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.

Axar.az xəbər verir ki, bunu Ağdərədə jurnalistlərə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Z.İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub:

“Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Ermənistan hərbçiləri Azərbaycan hərbçilərini mühasirəyə alıblar. Qeyri-bərabər döyüşdə könüllülərdən ibarət heyət qəhrəmancasına həlak olub, meyitləri Azərbaycan tərəfinə qaytarılmayıb. Axtarışlar zamanı burada 10 və daha artıq insana məxsus qalıqlar aşkarlanıb. Bu, ilkin vəziyyətdir. Burada işlər davam etdiriləcək, ərazi daha geniş axtarılacaq. Qalıqlar götürüləndən sonra alt hissə bir də yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın”.

Tarix
2025.10.10 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla