Yuxarı

Putin-Əliyev görüşü: Rusiya lideri etiraf etdi… - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin-Əliyev görüşü: Rusiya lideri etiraf etdi… - Foto

Almaniyanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, “Spiegel”, “Zeit”, “Bild”, “Tagesschau”, “Tagesspiegel”, “Frankfurter Allgemeine” və s. media qurumlarının yaydığı xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb. Eləcə də Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların ataılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.

“Putin ilk dəfə olaraq rəsmi şəkildə bildirib ki, qəza Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin səhvi nəticəsində baş verib”, - deyə “Spiegel” qəzetində bildirilib.

Xəbərlərdə ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.

Tarix
2025.10.10 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla