Yuxarı

Şəhid atasına təzyiq iddiaları ilə bağlı rəsmi açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid atasına təzyiq iddiaları ilə bağlı rəsmi açıqlama - Video

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.

DİN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 4–də BMV X6 markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq, sürücünün sənədləri yoxlanılıb.

"Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək, müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, vətəndaşla izahedici söhbətlər aparılmasına baxmayaraq, o, əsassız iddialarını davam etdirib:

"Qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edirik".

Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır.

Tarix
2025.10.10 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan dünyaya açılan enerji... - Kalın

Həccə və ya Ümrəyə gedən zəvvarların diqqətinə!

İlham Əliyevdən Düşənbə səfəri ilə bağlı paylaşım - Video

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Azərbaycan Türkiyə və Gürcüstanla təlim keçirəcək

Azərbaycanla bağlı buna çox ümid edirəm - Putin

Rəsmi Bakıdan Qəzzadakı atəşkəs razılaşmasına reaksiya

Putin etiraf etdi, Əliyev də buna cavab verəcək - Brayza

Tramp niyə Nobel mükafatı ala bilmədi?

Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla