Yuxarı

Tramp Nobel mükafatına layiqdirmi? - Putinin cavabı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Nobel mükafatına layiqdirmi? - Putinin cavabı

16:47

ABŞ Prezidenti Donald Tramp bütün dünyada mürəkkəb və uzunmüddətli münaqişələrin həlli üçün çox işlər görür.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Trampın Nobel Sülh mükafatına layiq olub-olmaması ilə bağlı suala cavabında deyib.

“ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm, amma o, həqiqətən də mürəkkəb, onilliklər boyu davam edən böhranların həlli üçün çox şey edir”, - deyə Putin bildirib.

O, həmçinin Trampın Ukraynadakı münaqişənin həllinə səmimi sadiqliyini qeyd edib.

Putin Nobel Komitəsinin mükafatı “sülh naminə heç nə etməyən” insanlara verdiyi halları misal çəkib. Vurğulayıb ki, bu cür qərarlar Nobel mükafatının nüfuzuna böyük zərbə vurub:

“Məncə, mükafatın nüfuzu böyük ölçüdə itirilib”.

Qeyd edək ki, bu gün venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb.

Nobel Sülh Mükafatına namizədlər arasında ABŞ Prezidenti Donald Tramp da var idi.

Tarix
2025.10.10 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla