Yuxarı

Putin etiraf etdi, Əliyev də buna cavab verəcək - Brayza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin etiraf etdi, Əliyev də buna cavab verəcək - Brayza

Dünən Düşənbədə keçirilən görüşü Azərbaycan–Rusiya münasibətlərində gərginliyin azalmasını istəyənlər üçün çox uğurlu hesab edirəm.

Axar.az xəbər verir ki, bu fikirləri oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü Globalinfo.az-a şərh edən ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı sabiq səfiri Metyu Brayza səsləndirib.

M.Brayza qeyd edib ki, Prezident Putin ilk dəfə olaraq Qroznı səmasında AZAL aviaşirkətinə məxsus təyyarənin vurulmasına görə kimin məsuliyyət daşıdığı ilə bağlı araşdırmanın tezliklə yekunlaşacağını açıqlayıb:

“O, Rusiyanın təzminat ödəyəcəyini də deyib. Daha əvvəl o, təyyarənin vurulmasında Rusiya hərbi qüvvələrinin rəsmi şəkildə hər hansı iştirakının olduğunu inkar etməyə çalışırdı. İndi isə deyir ki, təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən açılan atəş nəticəsində qəzaya uğrayıb. Beləliklə, Putin nəhayət, baş verənləri etiraf edib.

Düşünürəm ki, əgər həqiqətən də istintaq başa çatsa və Rusiya hökumətində kimsə faciəyə görə məsuliyyət daşıyarsa, o zaman Prezident Əliyev özünə qarşı hörməti hiss edəcək və biz çox güman ki, Azərbaycan–Rusiya münasibətlərinin müsbət irəliləməsini və yaxşılaşdığını görəcəyik.

Başqa hallarda Rusiyanın bu gərginliyə cavab olaraq hərbi təcavüzə əl ata biləcəyi ehtimalı ilə qətiyyən razı deyiləm. İlk növbədə günahkar Vladimir Putindir. Burada yeni olan odur ki, Putin Azərbaycana və Prezident İlham Əliyevə hörmət göstərmək qərarına gəlib və açıq şəkildə gərginliyin səviyyəsini azaltmağa çalışır. Düşünürəm ki, İlham Əliyev buna adekvat cavab verəcək.

Azərbaycan Rusiya üçün həmişə önəmli olub. Putin bilir ki, indiki məqamda həm Azərbaycan, həm də Ermənistan getdikcə daha çox ABŞ və Avropaya meyil edir. Ola bilsin ki, öz təsirini qoruyub saxlamaq üçün Azərbaycana daha hörmətlə yanaşmalı olduğunu başa düşüb”.

Tarix
2025.10.10 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan dünyaya açılan enerji... - Kalın

Həccə və ya Ümrəyə gedən zəvvarların diqqətinə!

İlham Əliyevdən Düşənbə səfəri ilə bağlı paylaşım - Video

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Azərbaycan Türkiyə və Gürcüstanla təlim keçirəcək

Azərbaycanla bağlı buna çox ümid edirəm - Putin

Rəsmi Bakıdan Qəzzadakı atəşkəs razılaşmasına reaksiya

Tramp niyə Nobel mükafatı ala bilmədi?

Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hacıyev

Azərbaycan rusdilli ölkədir - Putindən qəribə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla