Niderland Ukraynanın PUA imkanlarını gücləndirmək üçün 200 milyon avro ayırıb.
Axar.az xəbər verir ki, bu barədə Niderland müdafiə naziri Ruben Brekelmans məlumat verib.
"Biz bu vəsaiti Ukraynada dronları vurmağa qadir olan əks-dron sistemlərinə xərcləyəcəyik, bu təcili ehtiyacı dünən gecə bir daha gördük. Dünən gecə Ukraynada böyük miqyaslı hava zərbələri baş verdi və bu, ilk növbədə yerli enerji infrastrukturunu hədəfə aldığı üçün əhəmiyyətli təsir göstərdi", - o söyləyib.
Qeyd edək ki, ötən gecə ruslar Ukraynaya kütləvi şəkildə raket və pilotsuz təyyarə zərbəsi endiriblər. Konkret olaraq, Hərbi Hava Qüvvələrinin radiotexniki qoşunları 497 hava desant hücumu silahını (32 raket və 465 müxtəlif təyinatlı PUA) aşkar edərək izləyib.
Hücum nəticəsində Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sum, Poltava, Odessa və Dnepr vilayətində yüz minlərlə istehlakçı işıqsız qalıb.