Yuxarı

Millinin baş məşqçisi Fransa ilə oyunu şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millinin baş məşqçisi Fransa ilə oyunu şərh etdi

Azərbaycan futbolçularının əzmkarlıq göstərmələri vacib idi.

Axar.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

"Oyunun çətin keçəcəyini bilirdik. Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Üstəlik, azarkeş dəstəyi də var idi. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bugünkü oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Belədə getdikcə rahat olacaq. Bizi üç gündən sonra daha ağır matç gözləyir. Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar. Ukrayna millisi də ağır İslandiya səfərindən sonra bizimlə oyuna çıxacaq", - A.Abbasov vurğulayıb.

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz növbəti matçını oktyabrın 13-də Polşanın Krakov şəhərində Ukrayna yığmasına qarşı keçirəcək.

Tarix
2025.10.11 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla