Yuxarı

Nikahdankənar doğuş halları kəskin artır: Çıxış yolu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikahdankənar doğuş halları kəskin artır: Çıxış yolu...

Azərbaycanda nikahdankənar doğuş hallarının artması həm mənəvi, həm də psixoloji, sosial və təhsil yönümlü bir problemdir.

Axar.az xəbər verir ki, bunu "Qadın və Uşaqların Təhsilinə Dəstək” ictimai birliyinin sədri Sevinc Fədai Qaynarinfo-ya açıqlamasında bildirib.

Onun fikirincə, bu halların əsas kökündə maarifləndirmə boşluğu, emosional savadsızlıq və ailə institutunun zəifləməsi dayanır:

"Nikahdankənar doğuş hadisələri tənqid və təzyiq müstəvisində deyil, səbəb və nəticə baxımından öyrənilməlidir. Bu halların arxasında çox vaxt emosional laqeydlik, sevgi və qayğı çatışmazlığı, uşaqlıqda dəyər hissinin formalaşmaması və ailə modeli ilə bağlı yanlış nümunələr dayanır”.

Sədr problemin qarşısını almaq üçün təkliflər irəli sürüb:

1. Gənclər üçün münasibətlər və emosional savadlılıq təlimləri: məktəblərdə və gənclər mərkəzlərində sevgi, məsuliyyət, ailə, qadın və kişi rolları haqqında açıq, şəffaf və psixoloji əsaslı təlimlərin keçirilməsi vacibdir.

2. Ailədə açıq ünsiyyətin təşviqi: valideynlər övladları ilə münasibətlər, bədən və dəyərlər mövzusunda açıq danışmağı öyrənməlidirlər. Susmaq - problemi gizlətmək yox, böyütmək deməkdir.

3. Sosial mediada və mədəniyyətdə ailə dəyərlərinin təbliği: media və incəsənət müstəvisində ailə, məsuliyyət və mənəvi bağlılıq anlayışlarının pozitiv modellərlə təqdim olunması gənclərə təsir edir.

4. Sosial dəstək mexanizmlərinin gücləndirilməsi: nikahdankənar hamilə qalan qadınları cəzalandırmaq yox, psixoloji və sosial dəstək proqramlarına cəlb etmək lazımdır. Bu, həm qadını, həm də dünyaya gələcək uşağı qoruyur.

5. Gənclərlə maarifləndirici dialoqlar və ictimai debatlar: universitetlərdə və gənclər təşkilatlarında etik, hüquqi və psixoloji baxımdan nikahdankənar münasibətlər mövzusunda dialoqların təşkili vacibdir.

Sədr hesab edir ki, problemin həlli təkcə qanunla deyil, tərbiyə, təhsil və fərdi şüurun yüksəldilməsi ilə mümkündür:

"Biz bu halların qarşısını almaq istəyiriksə, gənclərin iç dünyasına, duyğularına və düşüncə tərzinə toxunmalıyıq. Ailə dəyərini qorumaq - qadını və uşağı qorumaq deməkdir. İctimai birlik olaraq, həyata keçirdiyimiz layihələrdə, iştirak etdiyimiz müxtəlif tipli tədbirlərdə gənclərlə dəyərlərin qorunması istiqamətində maarifləndirici söhbətlər aparır, çıxışlar edirik. Bu söhbət və çıxışlar gənclərdə ailə məsuliyyəti, emosional savadlılıq və şəxsiyyət dəyəri barədə fərqindəliyin artırılmasına yönəlmiş olur”.

Tarix
2025.10.10 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan dünyaya açılan enerji... - Kalın

Həccə və ya Ümrəyə gedən zəvvarların diqqətinə!

İlham Əliyevdən Düşənbə səfəri ilə bağlı paylaşım - Video

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Azərbaycan Türkiyə və Gürcüstanla təlim keçirəcək

Azərbaycanla bağlı buna çox ümid edirəm - Putin

Rəsmi Bakıdan Qəzzadakı atəşkəs razılaşmasına reaksiya

Putin etiraf etdi, Əliyev də buna cavab verəcək - Brayza

Tramp niyə Nobel mükafatı ala bilmədi?

Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla