Yuxarı

İranda edam edilənlərin sayı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda edam edilənlərin sayı açıqlandı

2024-cü il oktyabrın 10-dan 2025-ci il oktyabrın 8-dək İran həbsxanalarında 1537 məhbus edam edilib.

Axar.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu göstərici əvvəlki ilə müqayisədə 86% çoxdur. Edamların 94%-i gizli şəkildə həyata keçirilib.

Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib.

Edamların 48,3 faizi narkotik qaçaqmalçılığı, 43,5 faizi isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət Əlburz, İsfahan və Fars əyalətləri olub.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi şəxsiyyəti dəqiqləşdirilən edam edilənlərin sayı 1106 nəfərə çatıb, onlardan 30-u qadındır.

Tarix
2025.10.11 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla