Yuxarı

İdmançımız Azərbaycanın boks tarixinə düşdü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançımız Azərbaycanın boks tarixinə düşdü - Foto

Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb.

Axar.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin 18 yaşlı üzvü bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb.

O, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Çexiyadakı Avropa çempionatı qız boksçularımız üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komandamız medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.

Qeyd edək ki, yığmamızın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıblar. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.

Tarix
2025.10.10 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla