Yuxarı

TuranBank “Açıq bankçılıq” funksionallığını təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TuranBank “Açıq bankçılıq” funksionallığını təqdim etdi

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib.

Axar.az xəbər verir ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank mobil tətbiqi və İnternet Bankçılıq üzərindən mərkəzləşdirilmiş şəkildə izləmək imkanı yaradır. Müştərilər mobil tətbiq və İnternet Bankçılıq üzərindən balanslarını, əməliyyat tarixçələrini və ümumi maliyyə vəziyyətlərini asanlıqla izləyə, məlumat paylaşımı üçün icazə müddətini isə özləri müəyyən edə bilərlər (30 gündən 90 günədək).

Məlumat üçün bildirək ki, “Açıq bankçılıq” konsepsiyası maliyyə xidmətlərinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə sadələşdirilməsini, banklar və Fintex şirkətləri arasında məlumat mübadiləsinin təhlükəsiz şəkildə aparılmasını və rəqəmsal maliyyə ekosistemində innovativ maliyyə xidmətlərinin inkişafına təkan verilməsini təmin edir.

Bundan sonra da, TuranBank ASC müasir bankçılıq həlləri və innovativ yanaşmalar ilə müştərilərinə etibarlı və çevik xidmət göstərməkdə davam edəcək.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Tarix
2025.10.10 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla