
Bakıda kəskin istilər... - Məmmədova açıqladı
21:32
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
"A.Həsənovanın əlamətləri: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
Tarix
2025.10.10 / 17:22
|
Müəllif
Axar.az
|