Yuxarı

Qızını öldürən ata: "Qızım dedi ki, vurma..."- Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızını öldürən ata: "Qızım dedi ki, vurma..."- Video

Ağdam rayon sakini, 15 yaşlı Aygün Cabbarova, bibisi, 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, dərhal araşdırmaralara başlayan Abşeron polis əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları araşdırmalarını davam etdiriblər.

Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəminində atası, 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burada qalmalı olub.

Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə qəzəbinə sahib çıxa bilməyən ata bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb:

"Səhər saat 8 idi, bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o, yuxarıda yatmışdı. Düşdü ki, ay ata, vurma, ay ata, vurma. Mən də vurdum", - qatil ata deyib.

Aygünün əlaçı şagird olduğunu deyən atası onu öldürdüyünə sonradan peşman olub: "Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşayacam ki".

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Tarix
2016.07.22 / 12:27
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla