Yuxarı

Azərbaycanda insanlar daha çox bu səbəbdən ölür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda insanlar daha çox bu səbəbdən ölür

Azərbaycanda 2024-cü ildə əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda Qadınlar və Kişilər" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, ən çox ölüm qan dövranı sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən insanların 16170 nəfəri qadın və 17119 nəfəri isə kişidir.

Ən az ölüm isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən olub. Bu səbəbdən ölənlərin sayı 179 nəfər qadın və 375 nəfər kişidir.

Ölümün əsas səbəbləri arasında siyahıda yenitörəmələr (9681 nəfər), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri (2714 nəfər), həzm sisteminin xəstəlikləri (1964), tənəffüs sistemi xəstəlikləri (1450 nəfər) yer alıb.

Digər xəstəliklər səbəbindən ölənlərin sayı isə 9307 nəfər olub.

Qeyd edək ki, ötən il ölkədə 58 909 ölüm halı qeydə alınıb. Onlardan 26473 nəfəri qadın, 32436 nəfəri isə kişi olub. 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm halı azalaraq 5,9-dan 5,8-ə düşüb.

Tarix
2025.10.11 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla