Yuxarı

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

ABB 2025-ci ilin 9 ayını 261 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətimizdə 12%-ə yaxın artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Bankın maliyyə nəticələri ABB səhmdarlarına bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir.

Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib.

Onun sözlərinə görə mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır. Əgər bu proqnoz özünü doğruldarsa, ABB səhmdarları növbəti ildə də rekord məbləğdə dividend gəliri əldə etmiş olacaqlar.

Nəbi Əliyev bildirib ki, il başa çatdıqdan və ABB-nin 2025-ci il üzrə maliyyə hesabatına kənar auditor rəyindən sonra, Bank menecmenti Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcək.

Baş maliyyə inzibatçısının fikrincə, Bankın gəlirliliyindəki pozitiv dinamika səhmlərin qiymətinə də təsir göstərəcək və ABB səhmlərinin bahalaşacağı gözləniləndir. Ötən 1 il ərzində ölkənin kapital bazarında 14 milyon manatdan çox məbləğdə ABB səhmi ticarət edilib.

Xatırladaq ki, son 7 ildə səhmdarlarına ardıcıl olaraq dividendlər ödəyən ABB 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 000 000 manat məbləğində dividend ödənişi edib. Beləliklə, Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə təxminən 16%-ə yüksəlib.

Tarix
2025.10.16 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Prezident yeni səfiri qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla