Yuxarı

9 ayda 69 milyon manat güzəştli ipoteka krediti verilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 ayda 69 milyon manat güzəştli ipoteka krediti verilib

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 354 milyon manat ipoteka krediti verilib ki, bunun da 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib.

Axar.az Fonda istinadən xəbər verir ki, 9 ayda adi kreditlər hesabına 2 565, güzəştli kreditlər hesabına 816 vətəndaşın və yaxud ailənin mənzil şəraiti yaxşılaşıb.

Bu il verilmiş kreditlərin orta məbləği 104 800 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə bu il oktyabrın 1-nə Fond 132 milyon manat məbləğində 1 423 ipoteka krediti üzrə zəmanət verib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 56 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.

Tarix
2025.10.16 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla