Yuxarı

ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi

“Azərbaycan Dəmir Yolları” QSC ADA Universitetində “Liderlərin İnkişaf Proqramı”na başlayıb.

Axar.az xəbər verir ki, ADA Universiteti tərəfindən tədris olunacaq və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya kimi önəmli modulları əhatə edən bu proqramın hədəfi ADY-də çalışan rəhbər heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Tədbirdə bu əməkdaşlıq strateji əhəmiyyətli addım kimi qiymətləndirilib və belə proqramların qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbər heyətin səriştələrinin artırılmasına və ümumi rəqabətqabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.

Qeyd edilib ki, sürətlə dəyişən və rəqabətin artdığı hazırkı iş mühitində davamlı inkişaf və liderlərin potensialının artırılması şirkətin uğurla irəliləməsi üçün vacib amillərdən biridir. Bu baxımdan ADA Universiteti ilə birgə həyata keçirilən proqram ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaq.

Proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək ki, bu da şirkətin liderlərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.

ADA Universitetinin akademik heyəti tərəfindən hazırlanmış proqram liderlik və idarəetmə səriştəliyi üzrə peşəkar mütəxəssislər tərəfindən tədris olunacaq, real iş mühitində baş verən situasiyaların təhlilini əhatə edəcək.

ADY “Liderlərin İnkişaf Proqramı”nı həyata keçirməklə ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

Tarix
2025.10.16 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla