Yuxarı

Neftçalada şahin ovlamağa çalışan şəxs saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçalada şahin ovlamağa çalışan şəxs saxlanıldı - Foto

Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, saxlanılan şəxsin idarə etdiyi 90 OB 135 dövlət qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə buraxılıb:

"Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb".

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxslərə adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Tarix
2025.10.16 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla