Yuxarı

Ölkədə epizootik vəziyyət sabitdir - DBNX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə epizootik vəziyyət sabitdir - DBNX

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanın Aran rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvanların xəstəlikdən tələf olması, ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Xidmətdən APA-ya verilən məlumatda bildirilir ki, DBNX 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparıb və hazırda epizootik vəziyyət sabitdir: "Rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilib.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb".

Məlumata görə, araşdırma zamanı ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-nə heç bir məlumat daxil olmayıb: "Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) "qaynar xətt"inə məlumat versinlər. Xatırladırıq ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur".

Tarix
2016.07.23 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla