Yuxarı

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin dəstəyi ilə ölkəmizdə 7-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.

“EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 30 dekabr 2025-cü ilədək təqdim edə bilərlər.

Milli müsabiqənin qalibi 2026-cı ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.

Qalib, 2026-cı ilin mayında Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq.

ABB 7-ci dəfədir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son illər ərzində müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı qazanıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB sahibkarlığa, innovasiyalara, liderlik ruhuna davamlı dəstək verir. “EY İlin İş Adamı” proqramında ardıcıl olaraq yeddinci dəfə baş sponsor kimi iştirakımız da buna nümunədir. Bu müsabiqə biznes liderlərini öz uğur hekayələri ilə cəmiyyətimizə tanıdır, yeni nəsil sahibkarları ilhamlandırır. Belə faydalı təşəbbüslərlə ölkəmizin biznes ekosisteminə töhfələr verməkdən məmnunuq”.

Müsabiqəyə buradan müraciət etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.10.17 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla