Yuxarı

ADSEA rəsmiləri Naxçıvanda əraziyə baxış keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA rəsmiləri Naxçıvanda əraziyə baxış keçirdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun tapşırığına əsasən Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında olub.

Axar.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

İlham Quliyev Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib. Baxışın məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması faktı ilə bağlı vəziyyəti yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1’ və ‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələri daxildir.

Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start verilib.

Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, həmçinin “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.

İlham Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.

Tarix
2025.10.17 / 18:01
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla