Yuxarı

Bakıda aylıq 7,2 min dollar maaşa işçi axtarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda aylıq 7,2 min dollar maaşa işçi axtarılır

Asiya İnkişaf Bankı (ADB) "Şahdəniz-2" İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.

Report-un məlumatına görə, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq.

Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.

Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı "Sapphire Plaza"da yerləşən "Cənub Qaz Dəhlizi" QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.
Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" layihələri çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacağını bəyan edib. Layihəyə əsasən, dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb.

Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib.

Tarix
2016.07.25 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla