Yuxarı

Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev qəfil dünyasını dəyişib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 41A məhəlləsində baş verib.

A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək, mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək, təcili tibbi yardıma müraciət ediblər. Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 21.10.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub:

“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq, həkim yanında ölüm qeydə alınıb”.

Tarix
2025.10.21 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla