Yuxarı

Mehdiyevin arvadının milliyyəti nədir? - Sirr kimi rəsmi cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin arvadının milliyyəti nədir? - Sirr kimi rəsmi cavab

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevna Mehdiyevanın milliyyəti ətrafında müzakirələr gedir. İctimaiyyət onun milli mənsubiyyətini bilmək istəyir. Qalina Mehdiyevanın erməni, gürcü, belarus, hətta yəhudi olması haqda fikirlər var. Əslində, Qalina Mehdiyeva milliyyətcə kimdir?

Axar.az xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsi Globalinfo.az-ın sualını cavablayıb.

“Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın 10.2-ci bəndinə əsasən vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir.

Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazə verilir. Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının 3.8.4-cü bəndinə əsasən qanunvericiliyə uyğun olaraq qorunan dövlət, peşə, kommersiya və ailə sirrinə aid məlumatların olduğu, habelə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunla qorunan məlumatların əks olunduğu sənəd və işlər üzrə məlumatlardan istifadə hüququ yalnız müvafiq sənədlər (vərəsəlik şəhadətnaməsi, etibarnamə) təqdim olunduqda tətbiq edilir”, - məlumatda qeyd olunub.

Tarix
2025.10.21 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla