Yuxarı

"Polkovnik-leytenant"a hökm oxundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Polkovnik-leytenant"a hökm oxundu - Foto

Bakıda bir neçə şəxsin etimadından sui-istifadə edərək, müxtəlif dövlət qurumlarında işə düzəltmək vədi ilə onlardan külli miqdarda pul alan şəxsə hökm oxunub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Hicran Hüseyn oğlu Şeyxovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaqla müəyyən edilib ki, Hicran Şeyxov özünü Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmış zabit kimi təqdim edib. O, bir sıra şəxsləri dövlət qurumlarında vəzifəyə və ya ali məktəblərə tələbə kimi yerləşdirəcəyinə inandıraraq, onların külli miqdarda vəsaitini ələ keçirib.

Hicran Şeyxov zərərçəkənlərə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu deyib. O, bir neçə nəfərdən hər birindən 10 min manat alaraq, onları Təcili Tibbi Yardım xidmətinə sürücü kimi düzəldəcəyinə söz verib.

Bundan başqa, o, 2022-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına və İdman Akademiyasına tələbə qəbuluna kömək edəcəyinə dair də vədlər verərək, müxtəlif şəxslərdən pul alıb.

Eyni zamanda, Şeyxov V.F. adlı qadına Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evinə direktor vəzifəsinə təyin ediləcəyini vəd edib və ondan 5 min manat alaraq mənimsəyib.

Məhkəmənin hökmü ilə Hicran Şeyxov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmənin başlanma tarixi 20 fevral 2024-cü il müəyyən edilib.

Tarix
2025.10.21 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla