Yuxarı

Bakıda nəqliyyatın maneəsiz hərəkəti təmin edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda nəqliyyatın maneəsiz hərəkəti təmin edildi

22:16

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu - İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, həmçinin Xətai rayonu - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və Neapol dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

***

Paytaxtın Suraxanı və Xətai rayonları ərazisində yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.

Tarix
2026.01.20 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla