Yuxarı

Qərib Mehdi vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərib Mehdi vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, publisist, dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib.

Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Mehdiyevin əsərləri xarici ölkələrdə də nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edirdi.

2009-cu ildə "əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Tarix
2026.01.20 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla