Yuxarı

Qız üstündə adam öldürəndən xəbər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qız üstündə adam öldürəndən xəbər var

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un məlumatına görə, 1991-ci il təvəllüdlü Kamran Həsənzadənin cinayət işinin ibtidai istintaqı Nərimanov Prokurorluğunda araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əlövsət Abbasovun icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanılıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanılıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. Belə ki, N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edib. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Tarix
2016.07.25 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla