Yuxarı

Yarım milyonluq ofis qalmaqalı: AMAY rəhbərliyi məğlub oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarım milyonluq ofis qalmaqalı: AMAY rəhbərliyi məğlub oldu

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən AMAY ticarət mərkəzində sahibkarla rəhbərlik arasında yaranan mübahisə məhkəmə qərarı ilə sahibkarın xeyrinə həll olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, ümumi sahəsi 755 kvadratmetr olan ofisləri satın alan sahibkar uzun müddət ticarət mərkəzinin yaratdığı süni maneələrlə üzləşib.

İddiaya görə, rəhbərlik sahibkara qaz, işıq və su xətlərinin çəkilməsində qəsdən problemlər yaradıb və kommunal xidmətlərdən yalnız onların müəyyən etdiyi şərtlərlə istifadə etməyə icazə verəcəyini bildirib.

Sahibkar isə bununla razılaşmayaraq aidiyyəti dövlət qurumlarına müraciət edib və ofisləri üçün abonent kodu almağa çalışıb. Lakin qurumlar ticarət mərkəzindən razılıq məktubu tələb etdiyindən, rəhbərlik bu məktubu verməkdən imtina edib. Yarım milyon manata yaxın vəsait xərcləyən sahibkar iddia edib ki, 180 min manatdan artıq ziyana düşüb.

O, təmir etdirdiyi ofisləri kommunal təminat olmadığı üçün icarəyə verə bilməyib. Məsələ ilə bağlı sahibkar Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə ticarət mərkəzi tərəfindən yaradılmış bütün maneələrin aradan qaldırılması və tələb olunan razılıq məktubunun sahibkara təqdim olunması barədə qərar çıxarıb. AMAY rəhbərliyi bu qərardan narazı qalaraq apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, AMAY ticarət mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.

Tarix
2025.10.23 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla