Yuxarı

Ağalarov Rusiyada bu biznesini satdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağalarov Rusiyada bu biznesini satdı

Azərbaycanlı biznesmen Emin Ağalarov və tərəfdaşları alkoqolsuz içkilər istehsalçısı olan Uni Pak MMC-nin kapitalını tərk ediblər. Oktyabrın 13-dən MMC-nin yeni sahibi Yeqor Kulikov olub.

Axar.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə istinadla məlumat verib.

Ağalarovun nümayəndəsinin nəşrə verdiyi açıqlamasına görə, danışıqlar uzun müddətdir aparılırdı və biznesmen əsas işi olmadığı üçün aktivləri satmaq qərarına gəlib.

Rusiyalı investisiya bankiri İlya Şumov şirkətin 100%-lik payını 500-700 milyon rubl dəyərində qiymətləndirib.

Nəşr yazıb ki, 2022-ci ilin may ayında Emin Ağalarov əsas fəaliyyəti alkoqolsuz içkilərin istehsalı olan “Spaso - Borodino suları” zavodunda “Uni Pak” MMC-ni təsis edib. Həmin ilin oktyabrında Azərbaycan vətəndaşları Xəyal Abbaszadə, Fuad Əliyev və Nail Ağayev hər biri 25% olmaqla “Uni Pak”da səhm payı alıblar. 2023-cü ilin may ayında isə “Uni Pak” Azərbaycanda enerji içkilərinin istehsal olunduğu “Berg” ticarət nişanının qeydiyyata alınması üçün ərizə verib.

Tarix
2025.10.23 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla