Yuxarı

Keçmiş məhbuslar üçün Adaptasiya Mərkəzi tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş məhbuslar üçün Adaptasiya Mərkəzi tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

Bu barədə Report-a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayında müvafiq qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Ümumiyyətlə, nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Tarix
2016.07.26 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla