Yuxarı

Mən qalmışam qıraqda, Mehdiyevin qohumları milyonlar qazanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən qalmışam qıraqda, Mehdiyevin qohumları milyonlar qazanır

Mən təəssüf edirəm ki, mənim kimi Heydər Əliyevçi adamlar qalıb qıraqda, Ramiz Mehdiyev kimi Heydər Əliyevə xəyanət edən adamların özü, qohumları, uşaqları böyük vəzifələrdə milyonlar qazanır. Buna çox təəsüflənirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında keçmiş baş prokuror Əli Ömərov deyib.

O bildirib ki, “Heydər Əliyev” ordeni mütləq şəkildə Ramiz Mehdiyevdən alınmalıdır:

“Mən onun hər orden və medallarını bağışlaya bilərəm. Amma 1 orden var ki, onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır. Vətənə, dövlətə xəyanət Heydər Əliyevin siyasətinə xəyanət etmək deməkdir. “Heydər Əliyev” ordeni bu adamda heç cür qala bilməz. Vaxtilə Ramiz Mehdiyevin kostyumundan tutanlar indi ona qarşı söz danışırlar. Mən bunu kişilik hesab etmirəm. İnsanın 1 sifəti olar. Çıxın kişi kimi deyin ki, o vaxt qorxmuşam və buna görə Ramiz Mehdiyevi müdafiə etmişəm. Həmin adamlar vaxtilə növbəyə dururdu ki, görəsən Ramiz Mehdiyev mənə bir “salam” verəcəkmi? Mənim belə adamlardan zəhləm gedir”.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Tarix
2025.10.24 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla