Yuxarı

Məhkəmə bu QSC-nin hesablarını blokladı - Milyonluq borc

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə bu QSC-nin hesablarını blokladı - Milyonluq borc

“Encom Construction” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bank hesablarına məhkəmə qərarı ilə sərəncam qoyulub. Şirkət bir neçə quruma qarşı öhdəliklərini yerinə yetirə bilmədiyi üçün külli miqdarda borclanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qanuni təmsilçisi Akif Adil oğlu Əsədov olan QSC-nin hazırda 916 min manat vergi borcu var. Ötən il bu məbləğ 1,7 milyon manat təşkil edib. Şirkət bir hissəsini ödəsə də, bank hesablarına məhkəmə qərarı ilə sərəncam qoyulub.

“Encom Construction” tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır.

Son olaraq QSC-nin əleyhinə daha bir məhkəmə qərarı çıxarılıb. Belə ki, “Encom Construction” yerli şirkətlərdən birindən aldığı 50 min manat dəyərində yanacağın haqqını ödəməyib. Müqavilə öhdəliklərinin pozulması ilə bağlı məhkəməyə müraciət olunub.

Məhkəmə iclasında QSC-nin nümayəndəsi bildirib ki, ödənişlərin gecikməsi bank hesablarına tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Lakin Bakı Kommersiya Məhkəməsi iddianı əsaslı sayaraq “Encom Construction” QSC-dən 50 min manat borcun tutulması barədə qətnamə qəbul edib. Şirkətin apellyasiya şikayəti də təmin edilməyib.

Tarix
2025.10.25 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla