Yuxarı

DİN narkotik vasitələr aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN narkotik vasitələr aşkarladı

DİN-in əməkdaşları 4 rayonda çətənə kolu əməliyyatı həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndində yaşayan Şahin Mustafayevin həyətindən 4 ədəd, Cil kəndində yaşayan Fərid Eyvazovun həyətindən isə 39 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu və 255 qram marixuana aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavad kəndində yaşayan Əli Səmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfqan Quliyevin evinin damında dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu, evdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Ağstafa RPŞ əməkdaşları tərəfindən isə Eynallı kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 ton 800 kiloqram olan 8000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Tarix
2016.07.26 / 15:16
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla