Yuxarı

1 tondan çox narkotik müsadirə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 tondan çox narkotik müsadirə olundu

6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1743 fakt aşkarlanıb ki, onlardan 457-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1164-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 106-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digərləri təşkil edib.

APA-nın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatda bildirilib ki, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 629 kq 621,527 qr müxtəlif növ narkotik vasitə və o cümlədən 7631 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 395 kq 757,789 qr marixuana (24%), 175 kq 328,749 qr tiryək (10,9%), 1 ton 024 kq 637,156 qr heroin (63%), 17 kq 485,739 qr həşiş (1,1%), 16 kq 045,932 qr digərləri (1%) və 366,162 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil edib. Həmçinin "Xaş-Xaş 2016" şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 101 ton 459 kq 875,78 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1154 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 80-i 18-25 yaşadək, 206-ı 26-29 yaşadək, 867-i 30 yaşdan yuxarı, 8-i fəhlə, 5-i maddi məsul şəxs, 1023-ü işləməyənlər, 1141-i kişilər, 13-ü qadınlar, 11 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 515 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 6-ı İran İslam Respublikası, 2-i Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Tarix
2016.07.26 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla